"Hədəfimiz qrupdan çıxmaqdır" - Samir Zərgərov
11.09.2015 16:10 Sport reaksiya 2221
"Qəbələ"nin yarımmüdafiəçisi Samir Zərgərovun Reaksiya.az-a eksklüziv müsahibəsi:
- "Qəbələ" tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə adladı. Komandanızın çıxışını və rəqiblərinizi necə dəyərləndirirsiniz?
- Avropa Liqasında maksimum nəticə göstərmək üçün bütün gücümüzlə çalışdıq. Qrup mərhələsində zəif rəqib yoxdur. Rəqiblərimizin hər biri güclü komandalardır. Seçmə mərhələlərdə olduğu kimi, burada da ən yaxşı nəticəni göstərməyə çalışacağıq. Əsas hədəf qrupdan çıxmaqdır.
- "Qəbələ" həm çempionat, həm ölkə kuboku, həm də Avropa Liqasında mübarizə apacaq. 3 cəbhədə vuruşmaq çətin olmayacaq?
- Biz hər 3 cəbhədə iddialıyıq. Çünki o səviyyədə və gücdə futbolçularımız var. Komanda çox yaxşı vəziyyətdədir. Kifayət qədər oyunçularımız var. Yorğunluq hiss olunmayacaq.
- Milli komandanın oyunlarına görə çempionatda yaranmış fasilədə Ukraynaya yollandınız. Toplanış necə keçdi?
- Fasilədən sərfəli istifadə etmək üçün Ukraynada toplanış keçirdik. Yeni futbolçular da orada qoşuldular komandaya. Çox güclü oyunçulardır. Toplanış çərçivəsində baş məşqçimiz yeni gələn futbolçulara taktiki məşqlər keçdi, bizim üçün isə təkrar oldu. Çalışırıq ki, əl birliyi ilə Roman Qriqorçukun tapşırıqlarını yerinə yetirək.
- "Çernomorets"lə yoxlama oyun neçə keçdi? Yeni futbolçular komandanın taktikasına uyğun oyun sərgiləyə bildilər?
- Bəli, həmin oyunda iştirak etdilər. Oyun yaxşı keçdi. "Qəbələ"də tər tökən hər bir futbolçu özəldir, yaxşıdır. Hər birinin komandaya köməyi dəydi.
- Qarşıdan "İnter" ilə oyun gəlir. Keçmiş komandanıza qarşı oyuna hazırsınız?
- Bu oyuna çox ciddi şəkildə hazırlaşırıq. "İnter" zəif rəqib deyil. Mən və bir çox futbolçumuz "İnter"də çıxış edib. Çempionatda ən güclü rəqiblərimizdəndir. Meydana çıxıb məşqçinin bizə tapşırdıqlarını yerinə yetirib, sərfəli nəticə qazanmaq üçün çalışacağıq.
Şərhlər