Avqust ayının "ən yaxşıları"
11.09.2015 17:15 Sport reaksiya 2195
İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu ilə ən yaxşı baş məşqçisinin adı müəyyənləşib.
Reaksiya.az xəbər verir ki, ötən ay Premyer Liqada 4 qola imza atmış "Suonsi"nin yarımmüdafiəçisi Andre Ayyu ən yaxşı futbolçu mükafatına layiq görülüb.
Avqust ayı ərzində 4 oyunda məğlub olmayan "Mançester Siti"nin çalışdırıcısı Manuel Pelleqrini isə ən yaxşı baş məşqçisi seçilib.
Qeyd edək ki, Ayyunun klubu "Suonsi" 4 turdan sonra turnir cədvəlində 8 xalla dördüncü, "Mançester Siti" isə 12 xalla ilk pillədə qərarlaşıb.
Şərhlər