"Mançester Yunayted"dən yeni müqavilə

11.09.2015 17:00     Sport reaksiya     2075

İngiltərənin "Mançester Yunayted" klubunun qapıçısı David De Xea ilə müqaviləni yeniləyib.

Reaksiya.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Yeni müqaviləyə əsasən ispaniyalı əlcək ustası daha 4 il müddətində "qırmızı şeytan"ların formasını geyinəcək .

Qeyd edək ki,  24 yaşlı qolkiper 2011-ci ildən "Mançester Yunayted"ın şərəfini qoruyur.

Şərhlər