"Barselona"dan Neymara yeni təklif

11.09.2015 18:01     Sport reaksiya     2082

İspaniyanın "Barselona" klubu braziliyalı hücumçu Neymar ilə müqaviləni yeniləyəcək.

Reaksiya.az xəbər verir ki, bu barədə Goal.com məlumat yayıb.

Müqavilənin neçə müddətlik uzadılacağı bəlli olmasa da, ulduz futbolçunun maaşının iki qat artacağı söylənilir.

Qeyd edək ki, 23 yaşlı forvard 2013-cü ildə Katalonya klubuna transfer olunub.

Şərhlər