Messi ikinci dəfə ata oldu

12.09.2015 04:56     Sport reaksiya     1987

İspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messi ikinci dəfə ata olub.

Reaksiya.az-ın məlumatına görə, bu səbəbdən futbolçu komandanın baş məşqçisi Luis Enrike tərəfindən bir müddət məşqlərdən azad olunub. Bundan əlavə futbolçu Argentina yığmasının da oyunçusudur.

Bu körpə Messi və Antonellinin ikinci uşağıdı. Yeni doğulan körpəyə Benjamin adı verilib. Cütlüyün birinci övladları 2012-ci ildə dünyaya gəlib. Onlar uşağa Tiaqo adını veriblər.

Şərhlər