Məşhur futbolçu xəstəxanaya düşdü

12.09.2015 14:29     Sport reaksiya     2200

İngiltərənin məşhur Çelsi futbol klubunun qapıçısı Tibo Kurtua əməliyyət olundu. Bu haqda o, şəxsi tvitter səhifəsində əməliyyatdan sonra şəkilini paylaşıb.

Reaksiya.az  ANS PRESS-ə istinadən xəbər verir ki, buna səbəb futbolçunun “Çelsi”-nin məşqlərində sağ dizindən aldığı zədə olub.

Klubun məşqçisi Coze Maurinyonun sözlərinə görə, Kurtua sağ dizindən mütləq əməliyyat olunmalıdı. Buna görə də futbolçu hələ bir müddət məşqlərdə iştirak edə bilməyəcək.

Kurtua Belçikanın "Genk" futbol komandasından "Çelsi"-ə 2011-ci ildə transfer olunub.Tibo Kurtuanın "Çelsi" ilə imzaladığı 5 illik müqaviləsi 5 milyon funt sterlinqə başa gəlib. Futbolçunun validenləri volleybolçu olub.

Hazırda futbolçunun agenti kimi çıxış edən atası Tiyeri Kurtua 90-cı illərdə volleybol klubunda çıxış edib. Futbolçunun anası da vaxtı ilə məşhur volleybolçu olub. Kurtuanın bacısı Valeri isə valideynlərinin yolunu davam etmək qərarına gəlib. Valeri hazırda Belçika yığmasında oynayır.

Hazırda “Çelsi” klubu 4 turnirdən sonra 13-cü yerdə qərarlaşıb. Komandanın aktivində 4 xal var. Klubun ehtiyatda olan qapıçısı 28 yaşlı Bosniyalı Asmir Beqoviçdir.

Şərhlər