Hacı Əliyev ikinci dəfə dünya çempionu oldu
12.09.2015 15:17 Sport reaksiya 2123
ABŞ-ın Las Las-Veqas şəhərində keçirilən Dünya Güləş Çempionatında 61 kiloqramda mübarizə aparan Hacı Əliyev qızıl medal qazanaraq ikinci dəfə dünya çempionatını alan ilk Azərbaycanlı güləşçi olub.
Reaksiya.az xəbər verir ki, “Orleans Arena”da keçirilən çempionatda Əliyev rastlaşdığı bütün rəqiblərini məğlub edərək finala çıxıb.
Finalda Əliyev Monqolustanlı rəqibi Nomin Batbolda qalib gələrək qızıl medalın sahibi olub.
Əliyev final görüşündən sonra jurnalistlərə qalibiyyətinə görə çox sevincli olduğunu deyib.
Qazandığı qələbəni ilk öncə Azərbaycan xalqına və çempionata qatılmazdan əvvəl doğulan qız uşağına hədiyyə etdiyini vurğulayıb.
Şərhlər