Millimiz Avropa çempionu oldu

13.09.2015 03:39     Sport reaksiya     1870

Azərbaycanın polo üzrə yığması Avropa tarixində ilk dəfə keçirilən polo üzrə çempionatın qalibi olub.

Reaksiya.az-ın məlumatına görə, Bakıda keçirilən çempionatın finalında Azərbaycan komandası Almaniya yığmasına 6:5 hesabı ilə qalib gəlib.

Yarışmalar paytaxtın Binə qəsəbəsində yerləşən "Elite Horse and Polo Club" atçılıq klubunda baş tutub. Çepmionatda ümümilikdə 6 komanda iştirak edib. Bunlar Azərbaycan, Almaniya, İspaniya, İtaliya, İsveçrə və İrlandiya milli yığmaları olub.

Şərhlər