Topaz Premyer Liqasında IV turun ilk oyunları keçirilib - NƏTİCƏLƏR
13.09.2015 05:02 Sport reaksiya 2057
Topaz Premyer Liqasında IV tura start verilib. Reaksiya.az-ın məlumatına görə, turun ilk oyun günündə 3 qarşılaşma baş tutub.
İki illik fasilədən sonra Premyer Liqaya geri dönən “Kəpəz” çempionata heç də yaxşı start verə bilməyən AZAL-ı qəbul edib. Şahin Diniyevin yetirmələri bu mövsüm ilk qələbəsini "təyyarəçilər" qarşısında qazanıb.
Günün digər iki oyunu isə paytaxtda baş tutub. Əvvəlcə “İnter” “Qəbələ”ni qəbul edib. Mövsümə Avroliqa ilə başlayan iki klub bu dəfə çempionatda qarşılaşıblar.
Görüş "İnter"in qələbəsi ilə başa çatıb. "Bankir"lər qonaqların qapısında 2 qol keçirib, öz qapılarında isə 1 qol görüblər.
Paytaxtda keçirilən digər qarşılaşmada isə “Qarabağ” “Dalğa Arena”da “Xəzər Lənkəran”ı qəbul edib. Ağdamlılar minimal hesablı qələbə qazanaraq həm Avrokuboklar öncəsi əhval-ruhiyyəni qaldırıblar, həm də turu itkisiz başa vuraraq vahid liderliyə yüksəliblər.
Topaz Premyer Liqası
IV tur
12 sentyabr (şənbə)
“Qarabağ” – “Xəzər Lənkəran” - 1:0
Qol: Armenteros, 73
Hakimlər: Ramil Diniyev, Vüsal Qənbərov, İsgəndər Əliyev, Nail Nağıyev
“Dalğa Arena”
“Kəpəz” – AZAL 1:0
Qol: Dario Federiko Junior, 28
Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, Azər Əsgərov, Rza Məmmədov
Gəncə şəhər stadionu
“İnter” – “Qəbələ” - 2:1
Qol: Dieqo Martins, 9, 27 - Antonov, 85
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə
“İnter Arena”
Şərhlər