"Kəpəz" azarkeşlərindən yeni rekord
14.09.2015 13:21 Sport reaksiya 2191
Topaz Premyer Liqasının IV turu iki rekordla əlamətdar olub.
Reaksiya.az xəbər verir ki, turun 4 qarşılaşmasını 17400 tamaşaçı izləyib. Bu da mövsümün yeni rekordudur.
Orta hesabla hər matçını 3480 azarkeşin izlədiyi həftəyədək ilk turu 14000, II turu 16300, ötən turu 13350 tamaşaçı seyr etmişdi. Bu rekord “Kəpəz” – AZAL oyunu (1:0) sayəsində mümkün olub. Gəncədəki görüşdə 13200 izləyici qeydə alınıb ki, bu da mövsümün rekordudur.
II turun “Kəpəz” – “Zirə” matçının rekordu 700 nəfər yaxşılaşdırılıb. Həmin qarşılaşmada 12500 tamaşaçı qeydə alınmışdı. Mövsümün 3-cü göstəricisi ötən turun “Xəzər Lənkəran” – “Rəvan” matçına məxsusdur – 9500.
Şərhlər