Dünya Kubokunun ən gənc sahibi Bakıda yarışacaq
11.06.2015 21:37 Sport reaksiya 2100
Dağ velosipedi idmanı üzrə Dünya Kubokunun ən gənc qalibi isveçrəli Yolanda Neff Bakı-2015-ə hazırlaşır.
Trend Avropa Oyunlarının saytına istinadən məlumat verir ki, Y.Neff keçən il Dünya Kubokunu qazanmış ən gənc idmançıdır. Həmin vaxt onun 21 yaşı vardı. O, Bakı-2015 ilk Avropa Oyunlarının şənbə günü baş tutacaq qadınlar arasında dağ velosipedi idmanı üzrə yarışlarında favorit idmançı sayılır. Bu yarışlarda Yolanda, rəqibləri ilə mübarizıdə ilk medalını qazana bilmək üçün iştirak edəcək.
Gənc velosipedçi özü haqqında danışarkən insanlarla ünsiyyət qurmağı sevdiyini deyib. Ətrafdakıların məsləhətlərindən hər zaman yararlanan Yolandanın fikrincə, insanlarla belə yaxınlıq onun hər zaman uğur qazanmasına kömək edir.
Bakı-2015 birinci Avropa Oyunlarında mübarizə aparacaq idmançı vətənində "dağ velosipedi idmanı yarışlarının kraliçasi" kimi də tanınır. O, dünya çempionu tacını qoruyub saxlamağı hələ də uğurla davam etdirir. Belə ki, Yolanda bu ilin mayında keçirilmiş iki açılış yarışlarında qələbə qazanaraq zirvəyə yüksəlib.
Şərhlər