2015-ci ilin ən çox qazanan idmançıları - siyahı
11.06.2015 22:54 Sport reaksiya 2154
2015-ci ildə dünyanın bir çox idman növləri üçün mövsüm demək olar başa çatıb. Xüsusən də komanda idman növlərinin nümayəndələri artıq yay istirahətinə yollanıblar. Nüfuzlu “Forbes” jurnalı artıq mövsüm ərzində ən çox qazanan idmançıların ilk onluğunu müəyyən edib.
Modern.az həmin siyahını təqdim edir:
10-cu yer: Amerikan basketbolçu Kob Briant: qazançı 49, 5 milyon dollar;
9-cu yer: Qolf ustası Tiqqer Vuds: 50,6 milyon dollar;
8-ci yer: Daha bir qolf ustası Fil Mikelson: 50,8 milyon dollar;
7-ci yer: Basketbolçu Kevin Durant: 54,1 milyon dollar;
6-cı yer: NBA-nın daha bir ulduzu Lebron Ceyms: 64,8 milyon dollar;
5-ci yer: Tennisçi Roje Federe: 67 milyon dollar;
4-cü yer: təqdimata ehtiyacı olmayan Leonel Messi: 73,8 milyon dollar;
3-cü yer: Kristiano Ronaldu: 79,6 milyon dollar;
2-ci yer: Filippinli super boksçu Mani Pasqua: 160 milyon dollar;
1-ci yer: super boksçu Floyd Mayvezer: 300 milyon dollar.
//modern.az
Şərhlər