"Qalatasaray" "Atletiko Madrid"lə qarşılaşacaq

15.09.2015 15:07     Sport reaksiya     2190

Bu gün futbol üzrə Çempionlar Liqasının C Qrupunda İstanbulun "Qalatasaray" klubu İspaniyanın "Atletiko Madrid" komandasını qəbul edəcək.

Reaksiya.az xəbər verir ki, AzTV-dən və “TRT 1” kanalından canlı yayımlanacaq matç Bakı vaxtı saat 23:45-də  başlayacaq.

Qarşılaşmanı Polşa Futbol Federasiyasının hakimi Szymon Marciniak idarə edəcək.

Qeyd edək ki, "Qalatasaray" İspan rəqibinə qarşı oynadığı 4 matçda 2 bərabərlik və 2 məğlubiyyət alıb. 

Şərhlər