Çempionlar Liqasında qrup mərhələsinin ilk matçları keçirilib - NƏTİCƏLƏR
16.09.2015 03:51 Sport reaksiya 2160
UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib. Reaksiya.az-ın məlumatına görə, ilk oyun günündə A, B, C və D qruplarında matçlar keçirilib.
A qrupunda Madrid “Real”ı “Şaxtyor”u darmadğın edib - 4:1, PSJ isə “Malmö”yə qalib gəlib.
B qrupunda “Mançester Yunayted” səfərdə PSV-yə məğlub olub. Qrupun digər matçında isə “Volfsburq” Moskva MOİK-ini udub - 1:0.
Azərbaycanlı azarkeşlər üçün gecənin ən maraqlı qarşılaşması C qrupunda baş tutub. Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” öz meydanında “Atletiko” ya yenilib. ÇL-in debütantı “Astana” isə “Benfika” səfərindən məğlub dönüb - 0:2.
Gecənin digər maraqlı qarşılaşması D qrupunda “Mançester Siti” və “Yuventus” komandaları arasında keçirilib. Son finalçı və İtaliya A seriyasının cari mövsümündə özünə bənzəməyən “Yuve”nin İngiltərədə hansı nəticəyə imza atacağı maraqla gözlənilirdi. Görüş "qoca sinyora"nın qələbəsi ilə başa çatıb. Qrupun digər görüşündə isə “Sevilya” Münhenqladbax “Borussiya”sını udub - 3:0
15 sentyabr
A qrupu
PSJ (Fransa) – “Malmö” (İsveç) - 2:0
Qol: Di Maria, 4, Kavani, 61
“Real” (Madrid, İspaniya) – “Şaxtyor” (Ukrayna) - 4:0
Qol: Benzema, 30, Ronaldo, 57 (pen.) 63 (pen.), 81
B qrupu
PSV (Hollandiya) – “Mançester Yunayted” (İngiltərə) - 2:1
Qollar: Moreno, 45+2, Narsinq, 57 - Depay, 41
“Volfsburq” (Almaniya) – MOİK (Rusiya) - 1:0
Qol: Draksler, 40
C qrupu
“Benfika” (Portuqaliya) – “Astana” (Qazaxıstan) - 2:0
Qollar: Qaytan, 51, Mitroğlu, 62
“Qalatasaray” (Türkiyə) – “Atletiko” (İspaniya) - 0:2
Qol: Qrizman, 17, 25
D qrupu
“Mançester Siti” (İngiltərə) – “Yuventus” (İtaliya) - 1:2
Qol: Kyellini, 57 (öz qapısına) - Mancukiç, 70, Morata, 81
“Sevilya” (İspaniya) – “Borussiya” (Münhenqladbax, Almaniya) - 3:0
Qol: Qameyro, 47, Baneqa, 66, Konoplyanka, 84
Şərhlər