YAP Gənclər Birliyi Ofis Koordinatoru: “I Avropa oyunları qitəmiqyaslı mötəbər tədbirdir”

12.06.2015 11:43     Sport reaksiya     2117

YAP Gənclər Birliyi Ofis Koordinatoru Əli Qənbərli Reaksiya.az – a açıqlamasında bildirib ki, bu gün Azərbaycan bütün dünyanı Odlar diyarına toplayır: “Artıq mötəbər tədbirin başlanmasına saatlar qalıb Budur, bir neçə ildir gözlədiyimiz,  saat və saniyələrini belə saydığımız tarixi an gəlib çatdı.Azərbaycan bu gündən etibarən 16 gün müddətində tarix yazacaq.Yazılacaq tarixin hər bir anı şərəflidir, ona görə ki bu tarix ölkə vətəndaşının hərtərəfli inkişafına xidmət etməklə, Azərbaycan dövlətinin nüfüzunu dünya miqyasında əhəmiyyətli dərəcədə artıracaq.Bu günə qədər odlar diyarı, şanlı vətən, qonaqpərvərlik məkanı kimi ad qazanmış ölkəmizin  mənəvi tituları sırasına daha biri əlavə olunacaq: “ilklər vətəni”!

Azərbaycan tarixinə xarici siyasətimizin ən böyük uğuru kimi daxil olacaq Avropa oyunları qitə miqyaslı tədbir olsa da, onun səs-sədası bütün dünyaya yayılacaq.Bəli, fərqə baxın! Bir vaxtlar dünya çempionatlarında, olimpiadalarda iştirak etmək üçün Avropa və dünyanın başqa ölkələrinə gedən Azərbaycan bu gün bütün dünyanı odlar diyarına toplayır.Oyunlar çərçivəsində görülmüş işlər, reallaşacaq yarışlar Azərbaycan dövlətinin timsalında sülh siyasətinin təmini istiqamətində atılmış böyük addımdır.Bir dövlət olaraq, Azərbaycan bu tədbiri həyata keçirməklə öz siyasi reputasiyasını artırmaqla yanaşı, idman yarışlarının hansı məqsədə (sülhə)  xidmət etməli olduğunun əsl mahiyyətini ortaya qoyacaq".

Şərhlər

Çox oxunanlar