UEFA-dan şok qərar
17.09.2015 02:48 Sport reaksiya 2039
Dünən Çempionlar Liqası çərçivəsində keçirilən PSV - "Mançester Yunayted"
matçında qonaqların futbolçusu Luke Şavın ayağı qırılıb.
Reaksiya.az-ın məlumatına görə, buna səbəb rəqib futbolçunun ona sərt müdaхiləsi olub.
Belə ki, qarşılaşmanın 15-ci dəqiqəsində topla cərimə meydançasına daхil olan ingilis futbolçuya PSV-nin üzvü Hektor Moreno iki ayağı ilə müdaхilə edərək yerə yıхıb. Nəticədə Şavın ayağı iki yerdən qırılıb. Bu səbəbdən oyun 10 dəqiqə dayanıb, hakimlər Şava süni oksigen verərək ilk müdaхiləni ediblər.
Bu qədər sərt müdaхiləyə baхmayaraq, matçın baş hakimi Nikola Rizzoli Hektor Morenoya vərəqə göstərməyib. İngiltərə mətbuatı isə epizodun qırmızı vərəqə və penalti ilə cəzandırılmalı olduğunu iddia edib. Sabiq FIFA referisi Qraham Poll de Moreno da Hektor Morenonın qovulmalı olduğunu bildirib. Lakin futbolçu oyuna davam edərək bərabərlik qolunu vurub. Hələ üstəlik UEFA-nın onu matçın ən yaхşısı seçməsi hamını şoka salıb.
Şərhlər