“Qarabağ” və “Qəbələ” Avropa Liqasının qrup mərhələsinin ilk oyunlarına çıxacaqlar

17.09.2015 08:41     Sport reaksiya     2170

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunları keçiriləcək.

Reaksiya.az-ın məlumatına görə, təmilçimiz “Qəbələ” də ilk oyununa çıxacaq. Tarixində ilk dəfə Avroliqanın qrupuna düşən milli çempionatınımızın bürünc mükafatçısı bu mərhələnin ilk oyununda öz meydanında Yunanıstanın PAOK klubu ilə qarşılaşacaq.

Qrup mərhələsinə qədər “Dinamo” (Gürcüstan), “Çukariçki” (Serbiya), “Apollon” (Kipr) və “Panatinaikos” (Yunanıstan) klublarını mübarizədən kənarlaşdıraraq təsnifat mərhələsində uğurlu çıxış göstərən “Qəbələ” eyni uğuru qrup mərhələsində də davam etdirmək niyyətindədir.Təmsilçimizin heyətində zədəli Rafael Santosun yoxluğu ciddi itki hesab oluna bilər. Əvəzində isə yeni transferlər, elə PAOK-dan transfer edilmiş Fakundo Pereyra və “Xəzər Lənkəran”dan icarəyə götürülmüş Vaqif Cavadov baş məşqçinin şans verəcəyi təqdirdə oynaya biləcəklər.

Çempionumuz "Qarabağ"  isə Londonda “Tottenhem”in qonağı olacaq. Artıq ardıcıl ikinci dəfə bu mərhələdə çıxış edən ağdamlılar bu cəhdlərində ötənilki nəticəsini yaxşılaşdırmaq üçün oynayacaq. Şübhəsiz ki, “Qarabağ”ın rəqibi çox güclüdü. Üstəlik, səfər amili “Qarabağ”ın işinin çətin olacağını təsdiqləyir.

Uzun müddətdi zədən səbəbindən yaşıl meydanlardan uzaq düşən Maksim Medvedevin sıraya dönməsi və oynamağa hazır olması Qurban Qurbanovun “əlini gücləndirən” amillərdəndir. Heç vaxt bu qədər geniş heyətlə oynamayan Ağdam klubunda yeni transferlər Miçel və Armenteros da şans veriləcəyi təqdirdə özlərini göstərə biləcəklər.

UEFA Avropa Liqası

Qrup mərhələsi, I tur

17 sentyabr

 

22:00. “Qəbələ” (Azərbaycan) – PAOK (Yunanıstan)

Bakı. “Bakcell Arena”.

 

00:05. “Tottenhem” (İngiltərə) – “Qarabağ” (Azərbaycan)

London. “Uayt Hart Leyn”. 

Şərhlər