"Bakı-2015": İlk turda qeyri-adi hesablar - YENİLƏNİR - - Yenilənir

12.06.2015 15:40     Sport reaksiya     2253

Bakı-2015 I Avropa Oyunlarında su polosu yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə mübarizəyə qadın komandalar başlayıblar.

 

12 komandanın 2 qrupda qüvvəsini sınadığı yarışın ilk günündə 6 matç baş tutmalıdı ki, bunlardan 4-ü başa çatıb. Baş tutan bütün matçlarda tərəflərdən biri böyük fərqlə qalib gəlib.

 

Yarışın favoritlərindən olan Macarıstan və Hollandiya rəqiblərindən güclü olub. Sonuncular daha amansız təsiri bağışlayıb. Onlar İsraili 29:1 hesabı ilə məğlub ediblər. Macarıstan millisi isə almaniyalıları 21:4 hesabı ilə qalib gəlib. A qrupunun son oyununda Yunanıstan Böyük Britaniyadan üstün olub – 20:2.

 

B qrupunun ilk qarşılaşmasında İspaniya Serbiyanı sınağa çəkib. Pireneylilər bu matçda 13 top fərqilə üstün olub.

 

Qeyd edək ki, Azərbaycan millisi qadınların yarışında çıxış etmir.

 

Su polosu

Qadınlar

 

A qrupu

Hollandiya – İsrail – 29:1

Macarıstan – Almaniya – 21:4

Yunanıstan – Böyük Britaniya – 20:2

 

B qrupu

İspaniya – Serbiya – 17:4

15:30. Rusiya – Slovakiya

15:30. İtaliya – Fransa

Şərhlər

Çox oxunanlar