11 ölkənin idmançıları Bakıya gələcək

19.09.2015 10:34     Sport reaksiya     2148

Bakı şəhər Gənclər və İdman baş idarəsinin, Şərq Döyüş Növləri Federasiyaları Assosiasiyasının razılığı və dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq Kempo üzrə Evroasia çempionatı baş tutacaq.

Reaksiya.az xəbər verir ki, yarışda Moldova, Polşa, İran, Əlcəzair, Gürcüstan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Rusiya, Macarıstan  və Rumuniyadan olan idmançılar çempionatda iştirak edəcəklər.

Yarış 16-18 oktyabr tarixində Şağan Olimpiya İdman Kompleksində Full Kempo (Döyüş) və Submission Kempo (Grapling) versiyaları üzrə keçiriləcək.

Şərhlər