Avstriya Olimpiya Komitəsi: "Mübarizəyə davam edirik"
12.06.2015 18:24 Sport reaksiya 2129
APA-nın Avstriyanın “9News” saytına istinadən verdiyi məlumata görə, bu barədə Avstriya Olimpiya Komitəsinin prezidenti Karl Stoss Bakıda qəza keçirmiş 3 avstriyalı idmançı ilə bağlı açıqlama verərkən deyib: “Yaralılar Azərbaycan prezidentinin təyyarəsi ilə həkim Robert Kandelhardın nəzarəti altında Avstriyaya qaytarılıblar. Mən media eksperti deyiləm. Amma hadisə baş verəndən bu vaxta kimi müalicə yaxşı aparılıb”.
Vyanada sinxron üzgüçülərin müalicə aldığı xəstəxananın mətbuat katibi Kristof Mierau bildirib ki, ağır yaralanan Vanessa Sahinoviçin həyatı üçün təhlükə yoxdur.
Avstriya Olimpiya Komitəsinin baş həkimi Alfred Engel də hər 3 qıza Bakıdakı hospitalda yüksək səviyyədə ilkin tibbi yardım göstərildiyini qeyd edib.
Qeyd edək ki, Avstriyanı təmsil edən 3 idmançı Bakıda yol-nəqliyyat hadisəsi nəticəsində yaralanıb. Onlardan biri ağır, ikisi yüngül bədən xəsarəti alıb.
Şərhlər