Şahmatçımız mübarizəni dayandırdı

20.09.2015 01:36     Sport reaksiya     2013

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün 1/16 final mərhələsinin tay-brek matçları baş tutub. Reaksiya.az-ın məlumatına görə, 1/8 finala gedən yolda Azərbaycan millisinin lideri Teymur Rəcəbov da əlavə görüşlərdə mübarizə aparıb.

Rusiyalı Peter Svidlerlə ilk 2 oyunda qalib müəyyənləşmədiyindən şahmatçılar sürətli oyunda güclünün adına aydınlıq gətiriblər. Tay-brekdə ilk matç heç-heç bitsə də, ikinci oyun rəqibin qələbəsi ilə başa çatıb. Nəticədə 0,5:1,5 hesabı ilə məğlub olan Rəcəbov da yarışla vidalaşıb.

Dünya Kubokunda 6 şahmatçımızdan yalnız Şəhriyar Məmmədyarov yoluna davam edir.

Dünya Kuboku

1/16 final, tay-brek oyunları

Teymur Rəcəbov (Azərbaycan) - Peter Svidler (Rusiya) - 0,5:1,5

İlk 2 oyun: 1:1

Qeyd edək ki, həmyerlilərimizdən Eltac Səfərli və Vasif Durarbəyli birinci, Rauf Məmmədov ikinci, Qədir Hüseynov üçüncü mərhələdə mübarizəni dayandırıb.

Şərhlər