Ronaldodan əla jest - FOTOLAR

20.09.2015 12:40     Sport reaksiya     2218

Madrid "Real"ının futbolçusu Kriştiano Ronaldo növbəti jesti ilə diqqət çəkib.

Reaksiya.az-ın məlumatına görə, portuqaliyalı hücumçu meydana suriyalı qaçqın Səid Osama Abdul Musin 7 yaşlı oğlu ilə birlikdə çıxıb.

Bir neçə gün öncə Serbiya-Macarıstan sərhədində bir macar operator tərəfindən badalaqla yeri yıxılaraq bütün dünya mətbuatında geniş yer alan Abdul Musi və  oğlu "Real"ın prezidenti Florentina Perez tərəfindən qəbul edilib. Onlar ötən gün klubun düşərgəsində olub.

 

Şərhlər