İspaniya yığması Avropa çempionu oldu

21.09.2015 00:52     Sport reaksiya     1771

Fransanın Lill şəhərində kişilərdən ibarət komandalar arasında keçirilən basketbol üzrə Avropa çempionatı başa çatıb.

Reaksiya.az xəbər verir ki, 24 komandanın iştirak etdiyi çempionatda İspaniya yığması finalda Litva millisini 80:63 hesabı ilə darmadağın edərək qitə çempionu olub. Avropa çempionatının ən qiymətli oyunçusu final matçında da yüksək səviyyəli oyun göstərən və 25 xal yığan ispaniyalı Pau Qazol hesab edilib.

İspaniya ve Litva milliləri həm də 2016-cı ildə Braziliyada Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanıblar.

Sercio Skariolonun yetirmələri həlledici görüşdən əvvəl yarımfinalda 80-75 hesabı ilə Fransadan, Litva isə Serbiyadan (67-64) üstün olmuşdu.

Serbiyaya 81:68 hesabı ilə qalib gələn Fransa kollektivi isə turnirin bürünc medalını qazanıblar.

Ölkəmizdə də azarkeşlərin maraqla seyr etdiyi Türkiyə millisi çempionatdakı qrup oyunlarında üç qələbə qazansa da, dörddəbir finala yüksəlmək uğrunda mübarizədə turnirə ev sahibliyi edən Fransaya məğlub olmuşdu.

Beləliklə, 2009-cu və 2011-ci ildə çempion, 2014-cü ildə qitə çempionatının bürünc medalçısı olan İspanya komandası üçüncü dəfə Avropa çempionu titulunu qazanıb.

Şərhlər