"Neftçi" "Xəzər-Lənkəran"la sülh bağladı

21.09.2015 01:29     Sport reaksiya     1906

Bu gün Azərbaycan Premyer Liqasının V turu çərçivəsində "Neftçi" Bakının "Bakcell Arena" stadionunda "Xəzər Lənkəran"ı qəbul edib.

Reaksiya.az-ın xəbərinə görə günün ikinci matçı çox gərgin mübarizə şəraitində keçsə də, meydan sahibləri "Xəzər Lənkəran"ın azlıqda qalmasından istifadə edə bilmədilər.

Araz Abdullayev hesabı açsa da, iki dəqiqə sonra Rahid Əmirquliyev cavab qolunu vurub. Hər iki komanda meydandan bir xalla ayrılıb.

Şərhlər