"Qalatasaray"da şok itki

21.09.2015 14:22     Sport reaksiya     2095

Türkiyə Superliqasının hesabat turunda səfərdə "Trabzonspor"u məğlub edən "Qalatasaray" qələbəyə çox sevinə sevinə bilməyib.

Reaksiya.az xəbər verir ki, İstanbul klubu əsas qol silahını itirib. "Sarı-qırmızılılar"ın vuran ayağı Burak Yılmaz sıradan çıxıb.

Həkim müayinəsindən keçən forvardın əzələsində yırtıq aşkarlanıb. Hakimərin rəyinə əsasən, təcrübəli futbolçu ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacaq. Bu isə o deməkdir ki, Burak Superliqada "Qaziantepspor", "Başakşəhər", "Gənclərbirliyi", "Fənərbaxça", Çempionlar Liqasında isə "Astana" və "Benfika" ilə görüşlərdə komandasına kömək edə bilməyəcək.

 

Şərhlər