Şahmatçımız növbəti mərhələyə vəsiqə qazandı
22.09.2015 03:36 Sport reaksiya 1944
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün 1/8 final mərhələsinin cavab oyununu keçirib.
Reaksiya.az-ın məlumatına görə, yarışdakı yeganə təmsilçimiz ABŞ qrossmeysteri Fabiano Karuana ilə ikinci görüşünə çıxıb.
İlk matçda rəqibinə qalib gələn həmyerlimizə mərhələ adlamaq üçün heç-heçə də kifayət edirdi. Qara fiqurlarla mübarizə aparan Məmmədyarov məhz bu nəticəyə imza ataraq, adını 1/4 finala yazdırıb.
Dünya Kuboku
1/8 final mərhələsi, ikinci oyun
Fabiano Karuana (ABŞ) - Şəhriyar Məmədyarov (Azərbaycan) - 0,5:0,5
İlk oyun: 0:1
Qeyd edək ki, həmyerlilərimizdən Eltac Səfərli və Vasif Durarbəyli birinci, Rauf Məmmədov ikinci, Qədir Hüseynovla Teymur Rəcəbov üçüncü mərhələdə mübarizəni dayandırıb.
Şərhlər