"Qəbələ"nin oyunlarının vaxtı dəyişdirildi

22.09.2015 04:21     Sport reaksiya     1862

Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qəbələ” klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək Premyer Liqanın qarşıdakı iki görüşünün vaxtının dəyişdirilməsini xahiş edib.

Reaksiya.az PFL-in saytına istinadən məlumat verir ki, komandanın Avropa Liqasındakı çıxışını nəzərə alan Peşəkar Futbol Liqası “Qəbələ”nin VI və VII turlardakı görüşlərinin vaxtını dəyişib.

Premyer Liqanın VI turunun “Rəvan” – “Qəbələ” matçı 27 sentyabr 2015-ci il tarixindən 25 sentyabr 2015-ci il tarixinə keçirilib. VII turun “Qəbələ” – “Xəzər Lənkəran” matçı isə 3 oktyabr 2015-ci il tarixindən 4 oktyabr 2015-ci il tarixinə dəyişdirilib.

Şərhlər