AFFA-dan UEFA-ya etiraz

23.09.2015 12:52     Sport reaksiya     2271

Futzal üzrə Avropa çempionatının play-off mərhələsinin cavab oyunları çərçivəsində Trnava şəhərində keçirilmiş Slovakiya – Azərbaycan qarşılaşması üçün hazırlanmış oyun proqramının üz qabığında və akkreditasiya vəsiqələrinin üzərində Azərbaycan milli komandasının oyunçusunun karikaturası öz əksini tapıb.

Reaksiya.az xəbər verir ki, karikaturanın hazırlanması və nəşri Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə razılaşdırılmayıb.

Bu səbəbdən AFFA Slovakiya Futbol Federasiyasına, Futzal Federasiyasına və UEFA-ya etirazını bildirib.

Qeyd edək ki, Trnavada keçirilən oyun 1:1 hesabı ilə başa çatıb. İlk oyunda Bakıda rəqibinə 3:1 hesabı ilə qalib gələn komandamız iki oyunun nəticəsinə görə "Avro-2016"nın final mərhələsində oynamaq hüququ əldə edib.

Şərhlər