Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

23.09.2015 15:36     Sport reaksiya     2127

Qətərdə keçiriləcək dünya çempionatına hazırlaşan boks üzrə Azərbaycan millisi sentyabrın 24-də İtaliyaya yola düşəcək.

Reaksiya.az xəbər verir ki, seçməmiz İtaliyanın Assizi şəhərindəki məşq bazasında İtaliya və İrlandiya komandaları ilə birgə toplanış keçəcək.

Baş məşqçi Pedro Roque, məşqçilər Nəriman Abdullayev və Lazaro Ximenes Martinezin rəhbərliyi altında hazırlıq prossesində 9 boksçu iştirak edəcək. Avropa Oyunlarında ağır zədə alan 2 qat dünya, Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov da heyətə daxil edilib.

Rio de Janeyro Olimpiadasına lisenziya xarakteri daşıyan dünya çempionatı oktyabrın 6-da start götürəcək. Bu dəfə dünya çempionatında iştirak etmək üçün lisenziya qazanmaq şərt idi. Azərbaycan boksçularından 9-u Avropa Oyunlarından Qətərdə keçiriləcək yarışa vəsiqə qazanıb. Yalnız 49 kq çəki dərəcəsində çıxış edən Rüfət Hüseynov Avropa çempionatında bürünc medal qazanmaqla, mundiala vəsiqə əldə edib. Xaybula Muslov isə (75 kq) İtaliyaya yollana bilməyib. Boksçunun gözündə əməliyyat aparıldığından o, dünya çempionatında da iştirak etməyəcək.

Millimizin dünya çempionatındakı heyəti

49 kq - Rüfət Hüseynov

52 kq - Elvin Məmişzadə

56 kq - Tayfur Əliyev

60 kq - Albert Səlimov

64 kq - Lorenzo Sotomayor

69 kq - Pərviz Bağırov

81 kq - Teymur Məmmədov

91 kq - Abdulqadir Abdullayev

+91 kq - Məhəmmədrəsul Məcidov

Şərhlər