Barselonadan biabrçı məğlubiyyət - VİDEO

24.09.2015 03:25     Sport reaksiya     2107

 İspaniya La Liqasında "Barselona" ilk xal itkisinə məruz qalıb.

Reaksiya.az-ın məlumatına görə, çempionatın 5-ci turunda “Selta” “Barselona”nı darmadağın edərək turun əsas sürprizinə imza atıb.

4:1 hesabı ilə qələbə qazanan qalisiyalılar ən son 1968-ci ildə “Barselona”nı 3 top fərqi ilə məğlub edə bilmişdi. 57 il sonra yenidən 3 top fərqi ilə qələbə qazanan “Selta” yeni tarix yazıb.

Qeyd edək ki, ev sahibinin qollarını Nolito, Aspas (2) və Guidetta, katalonların yeganə qolunu isə Neymar vurub.

Şərhlər