"Mançester Yunayted"dən imtina etdim"

25.09.2015 12:56     Sport reaksiya     2249

Braziliya millisinin hücumçusu Aleşandro Pato karyerasını "Mançester Yunayted"də davam etdirə bilərmiş.

Sportarena.az xəbər verir ki, bu haqda ulduz futbolçu özü açıqlama verib.

Təcrübəli forvardın sölərinə görə, ingilis klubu "transfer pəncərəsi"nin son günündə ona təklif göndərib:

"Bəli, "Mançester Yunayted"dən təklif almışdım. Həmin vaxt "transfer pəncərəsi"nin bağlanmasına yarım saat qalmışdı. Şərtlər də kifayət qədər yaxşı idi. Amma mən "San Paulu"da qalmağa qərar verdim. Hazırkı komandama kömək etmək istəyirəm".

Şərhlər