Ulduz futbolçunun bank hesabı donduruldu

26.09.2015 02:50     Sport reaksiya     2135

Braziliya yığma komandasının üzvü Neymarın və onun ailə üzvlərinin bank hesabları məhkəmə tərəfində dondurulub. Bu barədə Reaksiya.az yerli mediaya istinadən xəbər verir.

Məlumata əsasən, hesabda olan dondurulmuş məbləğ təxmini 48 milyon dollar təşkil edir.

Braziliya yığmasının hücumçusu 2011-2013 illərində vergi ödənişindən boyun qaçırmaqda şübhəli bilinir.

Şərhlər