Dünya çempionatı qışda keçiriləcək - AÇIQLAMA

26.09.2015 04:09     Sport reaksiya     1780

FİFA-nın İsveçrənin Zürih şəhərində keçirilən İcraiyyə Komitəsinin iclasında maraqlı qərarlar qəbul edilib.

Reaksiya.az-ın məlumatına görə, ali futbol qurumunun başbilənləri əsasən 2022-ci ildə Qətərdə baş tutacaq dünya çempionatını müzakirə edib.

Yay mövsümündə havanın temperaturu ilə əlaqədar olaraq Qətərdə mundialın təşkil olunmasının olduqca çətin, hətta mümkünsüz olacağı nəzərə alınaraq dünyanın ən böyük futbol turnirinin qış aylarında keçirilməsinə qərar verilib.

FİFA-dan verilən yazılı açıqlamada qeyd edilib ki, mundial 21 noyabr – 18 dekabr tarixləri arasında keçiriləcək və 28 gün davam edəcək.

Final oyunu 18 dekabrda, Qətərin müstəqillik günündə oynanılacaq.

Şərhlər