Topaz Premyer Liqasında VI turun ilk oyunları keçirilib
26.09.2015 05:44 Sport reaksiya 1703
Bu gün Topaz Premyer Liqasında VI tura start verilib.
Reaksiya.az-ın məlumatına görə, turun 5 oyunu 3 gün ərzində keçiriləcək. İlk oyun günündə 2 qarşılaşma baş tutub. Turun açılış matçında “İnter” “Kəpəz”lə qarşılaşıb.
Göstərdiyi oyunla diqqət çəkən, ancaq istədiyi nəticəni heç cür qazana bilməyən gəncəlilər bu mövsüm medalçılar sırasında yer almaq istəyən “İnter”lə oyunda çətin sınaq qarşısında olub.
“Bankirlər” tarixləri ərzində heç vaxt “Kəpəz”ə məğlub olmayıb. Bu dəfə də ənənə dəyişməyib. Zaur Svanadzenin yetirmələri qarşılaşmanı minimal hesablı qalibiyyətlə başa vurub.
Günün digər oyununda isə Avroliqada ölkəmizi təmsil edən “Qəbələ” “Rəvan”la qarşılaşıb. Roman Qriqorçukun yetirmələri bu mövsüm qələbə üzünə həsrət qalan rəqibi ilə Bakıda oynayıb.
“Qəbələ” “Rəvan”a qarşı keçirdiyi bütün səfər görüşlərindən qələbə ilə dönüb. Bu dəfə də bu qaydaya riayət olunub. Roman Qriqorçukun yetirmələri "Krasnodar"la oyun öncəsi rahat qələbə qazanıb - 3:0.
Topaz Premyer Liqası
VI tur
25 sentyabr (cümə)
“Rəvan” – “Qəbələ” - 0:3
Qol: Dodo, 37, Samir Zərgərov, 57, Qay, 78
“İnter” – “Kəpəz” - 1:0
Qol: Dieqo Martins, 53
Şərhlər