Platini Blatterdən 2 milyon aldığını etiraf edib
26.09.2015 06:05 Sport reaksiya 1905
UEFA prezidenti Mişel Platini FİFA başçısı Jozef Blatterdən 2 milyon İsveç frankı aldığını təsdiqləyib. Reaksiya.az-ın məlumatına görə, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
“Mən bəyan eləmək istəyirəm ki, bu məbləğ mənim FİFA ilə müqavilə əsasında gördüyüm işlərə aiddir. Və şadam ki, hökumətlə bütün məsələlərə aydınlıq gətirmək mənə müyəssər oldu. Bu gün mən həmçinin, anlatdım ki, nə İsveçrədə olduğum müddətdə istənilən vaxt istintaqla əməkdaşlıq etməyə hazıram”, - deyə mətbuat xidməti Platiniyə istinadən qeyd edib.
Xəbər verildiyi kimi, bir qədər öncə İsveçrənin Federal Ədliyyə Bürosu FİFA prezidenti Jozef Blatterə qarşı cinayət işi açıb.
Şərhlər