İdman naziri istefa verib

26.09.2015 06:07     Sport reaksiya     1944

Yaponiyanın təhsil və idman naziri Hakubun Şimomura 2020-ci il Tokio Olimpiya Stadionu ilə bağlı yaranmış problemə görə istefa verib.

ANS PRESS-in məlumatına görə, tikilinin xərcləri ikiqat artaraq iki milyard dollara çatdığı üçün, İraq əsilli britaniyalı memar Zaha Hadidin ilkin dizaynından iyul ayında imtina edilmişdi. 

Stadiounun yeni dizaynı noyabr ayına qədər müəyyən edilməlidir. Stadionun 2020-ci ilə qədər başa çatdırılmayacağına dair artıq narahatlıq yaranıb. Tokio ilk dəfə Yay Olimpiya Oyunlarına 1964-cü ildə ev sahibliyi edib. Xərclərinin artması ilə yanaşı, Hadidin dizaynı həm də ölçülərinin böyük olması və qəribə quruluşuna görə də tənqidlərə məruz qalıb.

Konservativ baş nazir olan Şinzo Abenin müttəfiqi olan Şimomura, təhsil, mədəniyyət, idman, elm və texnologiya ilə bağlı nazirliyə rəhbərlik edir və Tokioda keçiriləcək Olimpiya Oyunlarına cavabdehdir. Mətbuat konfransında çıxış edən Şimomuranın bildirdiyinə görə, baş nazirlə görüşündə o, stadionla bağlı yaranmış problemlərə görə cavabdehliyi üzərinə götürmək istədiyini deyib.

“Bu məsələnin narahatlıq və anlaşılmazlığa səbəb olduğu həqiqətdir” - deyə o bildirib. Nazir həmçinin, xərclərin artması və gecikmələrdən aprel ayında xəbər tutduğunu bildirib və həmin müddətdən bəri əldə etdiyi maaşı da geri qaytaracağını deyib. Onun istefası problemlə bağlı müstəqil araşdırmanın ardından gəlib.

Olimpiadanın təşkilatçıları eyni zamanda oyunlar üçün yeni loqonun tərtibatını düşünür. Belçikalı rəssam bildirib ki, onun teatr üçün dizayn etdiyi loqo oğurlanıb.

Lakin Olimpiadanın təşkilatçıları və yaponiyalı loqo dizayneri ittihamları qəbul etməsə də, həmin loqonun istifadə etmək üçün də çoxlu şübhələrin yarandığını etiraf ediblər.

 

 

Şərhlər