Azərbaycan ilk medalını qazandı
13.06.2015 17:58 Sport reaksiya 1980
Apasport.az saytının məlumatına görə, buna qadın karateçimiz İlahə Qasımova nail olub.
55 kq çəki dərəcəsində kumite yarışında yarımfinala qədər inamla irəliləyən 22 yaşlı karateçi bu mərhələdə fransız Emili Toya məğlub olaraq, bürünc medal uğrunda mübarizə aparmalı olub.
Burda isə rəqib ispaniyalı Kristina Qarsiya Ferrer olub. Gərgin keçən oyunda Ferrer üzərində 5:2 hesablı qələbə qazanan İlahə Azərbaycanın Avropa Oyunlarında medal qazanan ilk idmançısı olub.
Şərhlər