"Barselona" FİFA-dan cavab gözləyir - Arda Turan üçün

26.09.2015 10:12     Sport reaksiya     2277

Xəbər verdiyimiz kimi, “Barselona” yeni transferi Arda Turanın zədələnən oyunçu Rafinhanın yerinə oynaması üçün FİFA-ya müraciət etmişdi.

Reaksiya.az xəbər verir ki, “Barselona” FİFA-dan hələ də konkret cavab gözləyir.

Bu barədə məlumat “Barselona” futbol klubunun rəsmi internet saytında yayılıb.

Açıqlamada bildirilib ki, FİFA “Barselona”ya Arda Turanı İspaniya Futbol Federasiyasına (RFEF)  qeydiyyata salmamağı tövsiyə edib, səbəb kimi RFEF rəhbərliyi ilə FİFA rəhbərliyi arasında münaqişə yarana biləcəyi göstərilib.

“Barselona” futbol klubunun açıqlamasında, həmçinin FİFA-dan  müsbət və ya mənfi konkret cavab tələb etdikləri də qeyd olunub: “Barselona” klubu heç vaxt hüquqi görüş tələb etmək arzusunda olmayıb, sadəcə razılıq istəyib. Beynəlxalq İdman Mülki Məhkəməsinin də qərarında olduğu kimi iki transfer dövründə futbolçunun qeydiyyata salınması qadağasını “Barselona” yerinə yetirib. Bunu həm “Barselona”, həm də RFEF hüquq məsləhətçiləri müdafiə edir”.

Şərhlər