Messi 2 ay oynamayacaq

28.09.2015 09:16     Sport reaksiya     2292

"Barselona"nın Argentinalı hücumçusu Lionel Messinin son durumu müəyyənləşib.

Reaksiya.az xəbər verir ki, İspaniya La Liqasının 6-cı turunda "Las Palmas"a qarşı oyunda zədə alan Argentinalı tibbi müayinədən keçib.

Sol dizində problem olan Messinin 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Qeyd edək ki, L.Messi "Las Palmas"a qarşı oyunun 8-ci dəqiqəsində zədələnib və məcburi əvəzlənməli olub.

Şərhlər