"Anderlext" Bakıya qələbə ilə gəlir

28.09.2015 10:49     Sport reaksiya     2135

Belçika çempionatında IX tura yekun vurulub.

Reaksiya.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Anderlext" son günündə meydana çıxıb.

Doğma meydanda "Sent Trüden"i sınağa çəkən Brüssel təmsilçisi minimal hesablı qələbə qazanaraq, 2-ci pilləyə yüksəlib.

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsindəki 2-ci oyununu oktyabrın 1-də Bakıda "Anderlext"ə qarşı keçirəcək.

 

Şərhlər