"Siyasi məqsədlər üçün idmandan sui-istifadə olmaz" - Almaniya rəsmisi

13.06.2015 23:39     Sport reaksiya     1957

“İdmandan siyasi məqsədlər üçün istifadə etmək olmaz”. APA-nın xəbərinə görə, bunu Almaniya Olimpiya İdman Konfederasiyasının baş meneceri Maykl Vesper deyib.
 
 
O bildirib ki, idman heç cür siyasi problemi həll edə bilməz: “ Siyasi problemleri yalnız hökumətlər və parlamenlər həll edir. Uzun müddət siyasətçi olmuşam, fikimcə, idmandan hansısa siyasi məqsədlər üçün istifadə etmək olmaz”. 
 
 
M. Vesper Avropa Oyunlarının açılış mərasimindən çox məmnun qaldığını da bildirib: “Mən dünənki açılış mərasimində iştirak etdim. Mərasim çox xoş təəssurat yaratdı. Möhtəşəm tədbir idi. Azərbaycanın tarixi, mədəniyyəti haqqında hərtərəfli məlumat verildi. Ledi Qaqanın ifası da mərasimə rəng qatdı”.
 
 
“Avropa oyunlarının əsas fərqləndirici xüsusiyyəti odur ki, bu ilk Avropa Oyunlarıdır. Dünən Olimpia Komitəsinin prezidenti Patrik Hiki də öz çıxışında bildirdi ki, nəhayət ki, Olimpia halqalarına Avropa halqası da əlavə olundu”, deyə M. Vesper qeyd edib. 
 
 
Qeyd edək ki, Almaniya Bundestaqı Avropa Oyunlarının açılış günündə Azərbaycana dair dinləmələr keçirib.   

Şərhlər