“Qızıl medal qazanmaq hissinin nə demək olduğunu anlatmaq olmur” - VİDEO

13.06.2015 23:59     Sport reaksiya     2214

 
60 kiloqram çəki dərəcəsində qızıl medal qazanan karateçi Firdovsi Fərzəliyev Avropa Oyunlarında ilk qızıl medal qazanan idmançımız kimi tarixə düşdü. Firdovsi Fərzəliyev rəqibi üzərində asanlıqla qələbə qazandığını deyir. “Birinci döyüşdə ispan rəqibim üzərində qələbə qazandım, ikinci döyüş italyan rəqibimi 4:2 hesabı ilə məğlub etdim. Üçüncü döyüşdə alban rəqibimi 6:0 məğlub etdim. Yarımfinalda makedon rəqibimə 4:2 uduzurdum. Onu xətdən kənara çıxardım və mənə qələbə verildi. Finalda isə çox çətin olmadı, 4:0 hesabı ilə qalib gəldim”. Firdovsi Fərzəliyev Avropa Oyunlarında ilk qızıl medal qazanan azərbaycanlı olduğu üçün özünü xoşbəxt hiss etdiyini deyir: “Bu hissi anlatmaq mümkün deyil. Gərək yaşayasan. Bundan gözəl sevinc mən hələ yaşamamışam”. Qeyd edək ki, Firdovsi Fərzəliyevin final görüşünü canlı izləyən prezident İlham Əliyev mükafatlandırma mərasimində iştirak edib və ilk 3 yeri tutan idmançıların medallarını sahiblərinə təqdim edib. 
 

Şərhlər

Çox oxunanlar