Elman Muxtarov: “Düşmənə uduzacağımı ağlıma belə gətirmirdim” - VİDEO

14.06.2015 00:28     Sport reaksiya     2240

 
 “Son görüşdə erməni idmançısına qalib gəlib, bürünc medal qazandığım üçün ikiqat sevincliyəm”. APA TV-nin məlumatına görə, bu fikirləri yunan-Roma güləşi üzrə yığmamızın üzvü, Ermənistan idmançısı Roman Amoyana qalib gəlmiş Elman Muxtarov deyib. Güləşçimiz bildirib ki, bu görüşü uduza bilməzdi: “Erməniyə qarşı çıxış edirdim. 2012-ci ildə London Olimpiadasında onunla qarşılaşmışdım. Düşmənə uduzacağımı heç ağlıma belə gətirmirdim. Başqa çıxış yolum da yox idi. Şükürlər olsun ki, qalib gəldim”. Elman yarımfinalda erməni əsilli Rusiya təmsilçisi Stefan Maryanyana məğlubiyyəti isə yorğunluqla əlaqələndirib: “O, çox güclü güləşçi idi. Ancaq ona uduzmağımın əsas səbəbi yorğunluq oldu. Çünki Maryanyanla görüş öncəsi cəmi 15-20 dəqiqəlik fasilə yaranmışdı”.

Şərhlər

Çox oxunanlar