"Neftçi" kapitanını itirdi

29.09.2015 11:54     Sport reaksiya     2202

Topaz Premyer Liqasının VI turunda "Qarabağ"a qarşı matçda zədələnin "Neftçi"nin kapitanı Araz Abdullayevin son durumu müəyyənləşib.

Reaksiya.az klubun rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, tibbi müayinədən keçən 23 yaşlı oyunçunun 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, A.Abdullayev "Qarabağ" matçın 8-ci dəqiqəsində əzələsini dartıb və məcburi əvəzlənməli olub.

 

Şərhlər