"Qarabağ"dan bilet satışı ilə bağlı açıqlama

29.09.2015 12:43     Sport reaksiya     2170

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Anderlext" qarşılaşmasının biletlərinin satışı dünəndən başlanılıb.

Reaksiya.az xəbər verir ki, bilet satışının ilk günü olmasına baxmayaraq, kassa önündə azarkeş növbələri yaranıb.

"Qarabağ"ın rəsmi saytı bilet satışı ilə bağlı məlumat hazırlayıb:

"Sevincidir haldır ki, azarkeşlərin hər biri bilet satışından razıdır və hər kəs kassaya sıra ilə yaxınlaşaraq biletini alır.

"Qarabağ" FK rəhbərliyi bu oyundan etibarən kassada xanım satıcıların köməyindən istifadə edərək daha bir ilkə imza atmışdır. Bununla kassa önündə nizam-intizamı artıran klub rəhbərliyi bu addımın uğurlu addım olduğunu bildirib. Eyni zamanda azarkeşlərin sıraya girmədən öncə istədiyi biletin qiymətini və sektorunu rahatlıqla tapa bilməsi üçün stadionun böyük sektor xəritəsi kassa yanında quraşdırılmışdı. Bütün kassaların fəaliyyət göstərməsi kassa önündə sıxlığın yaranmasının qarşını aldı.

"Qarabağ" FK rəhbərliyi azarkeşlərin oyuna olan böyük marağını nəzərə alaraq kassada gücləndirilmiş iş rejiminə keçmişdir. "Qarabağ" FK tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilmiş və kassa ətrafına polis briqadaları yerləşdirilmişdir, eyni zamanda klub işçiləri və könüllülərdən ibarət gənclər satışa nəzarət edir və azarkeşlərin sıra ilə bilet almasını təmin edir.

"Qarabağ" FK rəhbərliyi vətəndaşlardan xahiş edir ki, qanunsuz bilet alverinin qarşısının alınması üçün mütləq kassalardan bilet alsınlar. Kassadan bilet almaqla "işbazz"ların alverinə zərbə vuraraq vətəndaşlıq mövqeyini sərgiləmiş olarsız.

 

Şərhlər