Məşhur futbolçunu klubdan qovdular

29.09.2015 15:17     Sport reaksiya     2295

Braziliyanın “Fluminense” Klubuna 2 ay əvvəl transfer edilmiş Ronaldinyonun müqaviləsi ləğv edilib.

Reaksiya.az xəbər verir ki, bu barədə klubdan rəsmi açıqlama verilib.

Açıqlamada 35 yaşındakı Ronaldinyo ilə qarşılıqlı anlaşma çərçivəsində yollarını ayırdıqlarını bildiriblər.

Müqavilənin ləğv edilməsinə səbəb Ronaldinyonun “Fluminense” klubunun heyətində oynadığı 9 matçdan heç birində qol vurmaması göstərilib.

Ronaldinyo “Twitter” sosial şəbəkəsində “Fluminense”yə və azarkeşlərinə vida edib: "Fluminense” azarkeşlərinə təşəkkür edirəm. Minnətdarlıq və hörmətlə bu böyük klubdan ayrılıram".

Qeyd edək ki, Braziliyada “Gremio” və “Atletico Mineiro”, “Fluminense”nin ən böyük rəqibi “Flamengo”da forma geyinən təcrübəli futbolçu, həmçinin İspaniyanın “Barselona”, İtaliyanın “Milan”, Fransanın “Paris Sen-Jermen” və Meksikanın “Queretaro” klublarında oynayıb.

Şərhlər