Ötən günü 7 medalla başa vurduq - CƏDVƏL
14.06.2015 00:41 Sport reaksiya 2311
"Bakı 2015" I Avropa Oyunlarında ikinci yarış günü ilk medallar sahiblərini tapıb.
Reaksiya.Az "Report"-a istinadən bildirir ki, bu gün 4 növ üzrə 13 dəst medal qazanılıb.
Onlara Avropanın 50 iştirakçı ölkəsindən 17-si yiyələnib. Azərbaycan günü 7 medalla - 3 qızıl, 1 gümüş, 3 bürünclə başa vurub. Bu göstəricidə ölkəmiz medal sayında birinci, medal əyarında isə ikinci olub. Medal əyarında birinci yeri isə 3 qızıl, 2 gümüş, 1 bürünc medal əldə edən İsveçrə tutub.
Şərhlər