Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ikinci turun oyunları keçirilib - NƏTİCƏLƏR

30.09.2015 02:12     Sport reaksiya     2081

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ikinci turun oyunları keçirilib.

Reaksiya.az-ın məlumatına görə, E, F, G və H qrupunda çıxış edən komandalar növbəti oyunlarına çıxıblar.

Zədə səbəbindən Messinin xidmətindən yararlana bilməyəcək “Barselona” öz meydanında “Bayer”i qəbul edib. Katalonlar uzun müddət hesabda geri olduqları oyunda iki dəqiqədə iki qol vuraraq qalib gəlməyi bacarıblar - 1:2. “Roma” isə BATE səfərində məğlub olub - 2:3.

Gecənin maraqlı oyunlarından biri də “Porto” ilə “Çelsi” arasında baş tutub. Joze Mourinyonun yetirmələri Premyer Liqada olduğu kimi, Çempionlar Liqasında da istədiyi nəticələri qazana bilmir. "Zadəganlar" bu dəfə Mourinyonun keçmiş komandası "Porto"ya məğlub olub - 1:2.

 

Çempionlar Liqası

Qrup mərhələsi, II tur

29 sentyabr

E qrupu

BATE – “Roma” - 3:2

Qollar: Staseviç, 8, Mladenoviç, 12, 30 - Jervinyo, 66, Torisidis, 82

“Barselona” – “Bayer” L - 2:1

Qol: Serxi Roberto, 80, Suarez, 82 - Papadopulos, 22

 


F qrupu

“Arsenal” – “Olimpiakos” - 2:3

Qollar: Uollkot, 35, Sançes, 66 - Pardo, 33, Fortunis, 40, Finboqason, 67

“Bavariya” – “Dinamo” Z - 5:0

Qollar: Kosta, 13, Levandovski, 22, 28, 55, Götze, 25

 


G qrupu

"Porto” – “Çelsi” - 2:1

Qollar: Andre, 39, Maykon, 52 - Villian, 45+2

“Makkabi” T – “Dinamo” K - 0:2

Qollar: Yarmalenko, 4, Morayeş, 50

 

H qrupu

“Lion” – “Valensiya” - 0:1

Qol: Fequli, 42

“Zenit” – “Gent” - 2:1

Qollar: Dzyuba, 35, Şatov, 67 - Matton, 56

 

 

Şərhlər