Erməni güləşçi: “Azərbaycanın güləşçiləri çox güclüdür...”

14.06.2015 00:50     Sport reaksiya     3125

Rusiyaya ilk qızıl medalı erməni əsilli güləşçi Stepan Maranyan qazandırıb. O, 59 kq-lıq çəki dərəcəsində yunan-Roma güləşi üzrə birinci olub.

Reaksiya.Az musavat.com-a istinadən bildirir ki, erməni güləşçi sevinc hisslərini və Bakı ilə bağlı təəssüratlarını bölüşüb: "Mənə evdə anam, xanımım, bütün bacılarım və qardaşlarım azarkeşlik edir. Təsəvvür edirəm, indi evdə nələr baş verir. İlk Avropa Oyunlarında güləşə münasibət mənim ürəyimcədir. Burada güləşi sevirlər . Azərbaycan güləşçiləri çox güclüdür. Onlar bu il komanda hesabı ilə dünya kubokunu alıblar. Belə demək olar ki, onlar bizim əsas rəqibimizdir".

"Zalın işıqlandırılması güclüdür. Güləş üçün zal sadəcə, çox böyükdür" - qeyd edib idmançı. Bakı haqda danışan güləşçi olimpiya kəndindən kənara çıxmadıqlarını söyləyib. "Ancaq zala gedəndə və geri qayıdanda - çox gözəldir" - əlavə edib o.

Şərhlər