Şarapovadan üzücü xəbər
30.09.2015 09:54 Sport reaksiya 2194
Tennis üzrə dünya üçüncüsü olan rusiyalı Mariya Şarapova iki ay sonra kortlara qayıdıb.
Reaksiya.az xəbər verir ki, ancaq bu dəfə də onun bəxti gətirməyib. Mariya Çindəki Wuhan Açıq Tennis Turnirində çıxdığı ilk oyunda yenidən zədələnib.
2-ci turda Çex tennisçisi Barbora Strycova ilə qarşılaşan Şarapova matçın 3-cü setində sol qolundan zədə alıb.
Şarapovanın Qadın Tennisçilər Assosiasiyasının (WTA) internet saytında yer alan açıqlamasında qolunda hiss etdiyi ağrının matç ərzində getdikcə çoxaldığını bildirib:
"Qarşılaşmaya davam etməyim düzgün olmazdı. Aylardır kortlardan uzaq qalmışdım. Güman edirəm ki, bu, özünün pis nəticəsini verdi. Növbədə Sinqapurdakı WTA Mövsüm Sonu Çempionatı və Fed Cup matçlarıdır. Bu turnirlərdə yaxşı iştirak etmək üçün əlimdən gələn hər şeyi edəcəyəm".
12 iyulda başa çatan Wimbledondan sonra o, dizindəki zədəyə görə kortlardan uzaq qalmışdı. 28 yaşlı tennisçi ABŞ Açıq Tennis Turnirində də oynamamışdı.
Şərhlər